Üz-gözündən ölülər hürkür.

One is hideous! (Of an ugly creature.) Такая красава, что в окно глядит - конь прянет, на двор выйдет, три дня собаки лают.
üz-gözündən nur yağır
üz-gözündən zəhirmar tökülmək
OBASTAN VİKİ
Ölülər
Ölülər - irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının şah əsəri sayılır. Ölülər - Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi. Ölü canlar - Rus yazıçısı Nikolay Qoqolun poeması. Ölülər (film, 1987) - Ceyms Coysun eyniadlı hekayəsi əsasında bədii film. Ölülər (film, 1965) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında bədii film. Ölülər (tamaşa) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında teatr tamaşası.
Üz siniri
Üz siniri —
Ölülər (dəqiqləşdirmə)

Ölülər (opera)
Ölülər — Bəstəkar Vasif Adıgözəlovun görkəmli dramaturq Cəlil Məmmədquluzadənin eynadlı əsəri əsasında yaratdığı dördpərdəli opera. Operanın libretto müəllifləri Firudin Mehdiyev və Cahid Hilaloğlu (şeirlər Aslan Aslanovun), musiqi rəhbəri və dirijor Niyazi, rejissor Şəmsi Bədəlbəyli idi. Əsər 1963-cü ildə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyuldu.
Ölülər (pyes)
Ölülər — Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət komediya. Əsərin ilk oxunuşu 1913-cü ildə[mənbə göstərin] Şuşada[mənbə göstərin] keçirilmişdi. Əsər təriflənmiş, lakin mövhumat yuvası Şuşada səhnəyə qoyulmasının tezliyi qeyd edilmişdi. 1916 il aprelin 29-da Bakıda[mənbə göstərin], Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Tamaşanın rejisoru H.Ərəblinski[mənbə göstərin] idi. İsgəndər rolunda M.Əliyev, Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov çıxış edirdi.[mənbə göstərin] Tamaşa çox böyük müvəffəqiyyət qazandı. Bakıda nəşr olunan «Açıq söz» qəzetinin 1 may 1916 il sayındakı "Ölülər" haqqında təəssürat məqaləsində deyilirdi: "Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi. Mola Nəsrəddinin əsəri – təhriri olan "Ölülər" draması tamaşa edilirdi". Sonra məqalədə göstərilir ki, hər pərdənin arasında müəllif alqışlarla səhnəyə çağırılıb təbrik olunurdu. Mətbuat, ədəbiyyat, məktəb və səhnə işçiləri düzülüb müəllifi alqışlarla çağırdılar.
Ölülər Günü
Ölülər Günü (isp. Dia de Muertos) — Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram. Adətə görə bu bayramın keçirildiyi günlərində ölü kostyumlarında rəngarəng karnaval təşkil olunur. Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur. Bu bayramın tarixi ispanlara qədərki tarixi əhatə edir. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə adətən iyul-avqust aylarında keçirilərdi. Ölülər Günü, Hellovindən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir.
Ölülər dağı
Ölülər dağı (ərəb. منطقة جبل الموتى‎) — Misirin Mətruh mühafəzində, Böyük Səhranın qərbindəki Sivə oazisində kiçik qayalı təpə. Konusvari formaya və 50 metr hündürlüyə malikdir. Ərazi yamaclarında oyulmuş qəbirlər var deyə bu cür adlandırılmışdır. Nekropol Ptolemeylər sülaləsinə aiddir və onların çoxu yunan mənşəlidir. Buna baxmayaraq, burada Roma mənşəli və xristian məzarları da var. Bir çox məzarda tanrı Sobeki təsvir edən timsah yazıları var. Xalq ənənəsində məzarı Altkror dağına və Sivənin sonuncu padşahının xəzinələrinə aid edən kolonnadadan bəhs edilir. Nekropol qədim zamanlardan bəri talan edilmiş, həm də onlardan müharibələrdə yerli əhali tərəfindən qorunmaq üçün bir neçə dəfə istifadə edilmişdir. Birinci Dünya müharibəsi zamanı yazılar qoparılaraq oğurlanmışdır.
Ölülər kitabı
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
İki tərəfli üz
İki tərəfli üz — patologiyada "Craniophagus Parasiticus" adlanır. Belə hallarda bir bədəndə iki siam əkizlərinin kəllə qutusu bitişməyə başlayır. 1896-cı ildə nəşr olunan "Tibbin anomaliyalari və qeyri-adilikləri" kitabında maraqlı hadisə qeyd olunub. Belə ki, Edvard Mordreyk adlı şəxs iki üzlə anadan olub. O, İngiltərənin imkanlı ailəsinin varisi olub. Bütün tanışlar onun haqqında müsbət fikirdə idilər. Onu görənlər ön tərəfdən üzünün çox yaraşıqlı olduğunu deyirdilər. Ancaq başının arxa hissəsində yerləşən üzü əksinə çox çirkin olub. Onun dediyinə görə gecələr ikinci üzü ona iblisyana sözlər pıçıldayırmış. Hətta onun ön üzü güləndə arxa üzünün kədərləndiyi halları da olub.
Ölülər (C. Coys)
"Ölülər" — irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının baş əsəri hesab olunur. Yazıçı povesti yazarkən (1907) cəmi 25 yaşı vardı. Ceyms Coys əsərdə ölülərlə dirilər arasında mövcud olan əlaqə probleminə toxunur. Əsərdə həm də insanların bir-birini anlamamasına, hər bir fərdin tənhalığı, yalqızlığı, digər fərdlər üçün anlaşılmayan sirli bir aləm olduğu məsələsi gündəmə gətirilir. "Ölülər" povesti avtobioqrafik əsərdir. Qabriel Konroy gənc yazıçı Ceyms Coysa çox oxşayır. Qreta Konroyun protitipi isə Coysun öz arvadıdır. Qabriel xalalarıgildəki baldan qayıdanda təsadüfən öyrənir ki, arvadı onu sevmir, heç vaxt da sevməyib; Qreta çox gənc yaşlarında tanış olduğu Maykl adlı oğlanı sevirmiş, indi də onu sevir. Maykl artıq həyatda yoxdur, çoxdan ölüb, lakin Qreta hələ də onu sevir. — Bunu biləndə Qabriel qəzəblənir, lakin sonra onun qəzəbini mərhəmət və qibtə əvəz edir: Mayklı sədaqətlə sevib, bu sevgini hamıdan gizlə saxlayan arvadına rəhmi gəlir, bir insan kimi ona rəğbəti də artır, öz ehtirasının qurbanı olmuş Maykla həsəd aparır.
Gəzən ölülər (komiks)
Gəzən ölülər (ing. The Walking Dead) — yazıçı Robert Kirkman və rəssam Toni Mur tərəfindən yaradılmış amerikan postapokaliptik komiks seriyası. Toni Mur ilk altı nəşr üçün rəssamlıq etmiş və ilk iyirmi dördün üz qabığını hazırlamışdır. Bundan sonra Çarli Adlard adlı başqa bir sənətçi bu işi öz üzərinə götürüb və seriyanın qalan hissəsinin rəsmlərini çəkmişdir. Komiks 2003-cü ildən başlayaraq Image Comics tərəfindən nəşr edilib və 193 seriya davam etmişdir. Robert Kirkman 2019-cu ildə gözlənilmədən komiksi sonlandırmaq qərarına gəlmişdir. Komiks əsasən ağ-qara rəngdə nəşr edilmişdir, yalnız bir neçə xüsusi nüsxəsi rənglidir. 2020-ci ilin oktyabr ayından etibarən nəşriyyat şirkəti nəşrlərinin rəngli versiyalarını buraxmağa başlayıb. Komikslərin rənglənməsi işi Deyv Makkeyqə həvalə edilmişdir. Komiks Kentukkidə polis əməkdaşı işləyən Rik Qrayms haqqındadır.
Ölülər XXI əsr
Ölülər XXI əsr — rejissor Şuşa tərəfindən 2016-cı ildə çəkilən Azərbaycan tammetrajlı bədii komediya janrlı filmi. Film Cəlil Məmmədquluzadənin pyesi əsasında Planet Parni iz Baku tərəfindən çəkilmişdir. Filmdəki hadisələr Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” pyesindəki əsas hadisələrdən cərəyan edir.Orijinaldan fərqli olaraq, müasir “Ölülər”-də qəhrəmanlar bir qədər fərqlidir. Əsas qəhrəmanlardan biri, peşəkar fırıldaqçı, Nəsrulla Şeyxov(Tahir İmanov) şəhərdə törətdiyi xırda dələduzluqlarla kifayətlənə bilmir. Pula olan hərislik onu daha da çirkin əməllərə əl atmağa vadar edir. Bir kəndə üz tutaraq, oradaki camaatın sosial problemlərini həll edəcəyini vəd edir ki, sonradan məkirli ideyasını həyata keçirsin. Kənddəki abadlığı görəndən sonra isə Nəsrullanın bütün planları puç olur. Buna baxmayaraq fırıldaqçı dinc dayanmır və daha da iyrənc hiyləyə əl atır. Elə əsl macəra da onda başlayır...
Qorxunc ölülər 2
Qorxunc ölülər 2 (ing. Evil Dead 2) – 1987-ci ildə çəkilən Qorxu filmi janrında çəkilən ABŞ filmidir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmin əvvəlində ilk filmin xülasəsi göstərilir. Bu xülasədə yalnız Eş Vilyams və sevgilisi Linda göstərilir. Onlar tətillərini meşədə tərk edilmiş bir daxmada keçirmək qərarına gəlirlər. Eş daxmada olduğu müddətdə burada daha əvvəl yaşayan arxeologiya professorunun yazdığı səsyazmasını dinləyir. Professor səs qeydində arxeoloji qazıntı zamanı tapdığı "Nekronomikon" (ing. Book of The Dead — Ölülərin Kitabı) adlı kitabdan bəhs edir. Kitabdakı sehrli sözlərin oxunması zamanı kabuslar sərbəst buraxılır.
Ölülər dərəsi (Krit)
Ölülər dərəsi (yun. Φαράγγι των Νεκρών) — Kritin şərq hissəsində yerləşən, təxminən 5 kilometr uzunluğunda kiçik kanyon. Dərənin girişi Ano Zakros kəndinin yaxınlığında yerləşir. Dərə sahilin özündə, çimərliyin və Kato Zakros kəndinin yanında bitir. "Ölülər dərəsi" adı qədim minoy sivilizasiyasının dövrünə gedib çıxır. Dərə nəhəng qəbiristanlıq kimi istifadə olunurdu. İndi də kanyonun divarlarında əvvəllər məzar olan çoxlu mağaralara rast gəlmək olar. İndi "Ölülər dərəsi" Kritin şərqində kifayət qədər tanınmış turistik yerdir. Həm də ona maraq qədim Zakros yaşayış məskəninin xarabalıqları yaxınlığında mağaranın ən çıxışında yerləşən minoy dövrünə aid sarayın xarabalıqları ilə artır. Dərənin dibi ilə yalnız qışda, yağışlı mövsümdə su ilə dolu olan qayalı çay yatağı uzanır.
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Gəzən ölülər (teleserial, 2010)
Gəzən ölülər (ing. The Walking Dead) — postapokaliptik qorxu-drama janrında ABŞ teleserialı. Serial Robert Kirkman, Toni Mur və Çarli Adlardın yaratdığı "Gəzən ölülər" komiksi əsasında çəkilib. Süjetdə bir qrup insanın zombi qiyaməti zamanı sağ qalmağa çalışdıqları göstərilir. "Gəzən ölülər" serialı ilk dəfə 31 oktyabr 2010-ci ildə "AMC" kanalında yayımlanıb. Birinci mövsüm 6 seriyadan, ikinci mövsüm isə 13 seriyadan ibarətdir. Birinci mövsüm tənqidçilər tərəfindən yaxşı qəbul olunmuş və bir neçə mükafatlara, o cümlədən, "Qızıl Qlobus" mükafatının "Görkəmli Dram Serialı kateqoriyasında" mükafata layiq görülmüşdür. == Məzmun == Şerifin köməkçisi Rik Qrayms cinayətkarlara qarşı mübarizə aparan zaman ağır güllə yarası alır və bu səbəbdən komaya düşür. Tibb məntəqəsində ayılandan sonra Rik görür ki, həkimlər yerlərində yoxdur və bütün bina bərbad haldadır. Getdikcə Rik başa düşür ki, bütün bunlara səbəb dirilən ölülər olub.
Qorxunc ölülər (film, 1981)
Qorxunc ölülər (ing. The Evil Dead) – 1981-ci ildə çəkilən ABŞ qorxu filmi janrında çəkilən filmdir. Filmdə çoxlu sayda qanlı səhnələr olduğundan bu film Belarusiyada qadağan olmuşdu. Filmin büdcəsi təxminən 375 min ABŞ dollar, gəliri isə 24 milyon 400 min ABŞ dollarıdır. Film 2 ilə çəkilmişdir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmə New Line Cinema kompaniyası distribütorlik etmişdir. Film sonluğunun davamı olan Qorxunc ölülər 2 filmində nəql edilir. Miçiqan Universitetinin tələbələrindən biri olan Eş, sevgilisi Linda ilə birgə, yanlarında başqa bir cütlük olan Skott və Şelli, həmçinin, dostları Şerilini götürərək, tətillərini Tennessi meşəsindəki bir daxmada keçirməyə qərar verirlər. Onlar daxmanın zirzəmisində "Nekronomikon" (ing.
Ölülər kitabı (Qədim Misir)
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur.
Anarla üz-üzə (film, 1989)
Anarla üz-üzə filmi rejissorlar Ramiz Həsənoğlu və Rəis İsmayılov tərəfindən 1989-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub. == Məzmun == Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub.
Vulkanla üz-üzə (film, 2001)
Film Azərbaycan ərazisində, xüsusilə Qobustanda palçıq vulkanları və onların lavalarının müalicəvi əhəmiyyəti haqqındadır. Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir. 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi. Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı. 2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca.
Qorxunc ölülər 2 (film, 1987)
Qorxunc ölülər 2 (ing. Evil Dead 2) – 1987-ci ildə çəkilən Qorxu filmi janrında çəkilən ABŞ filmidir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmin əvvəlində ilk filmin xülasəsi göstərilir. Bu xülasədə yalnız Eş Vilyams və sevgilisi Linda göstərilir. Onlar tətillərini meşədə tərk edilmiş bir daxmada keçirmək qərarına gəlirlər. Eş daxmada olduğu müddətdə burada daha əvvəl yaşayan arxeologiya professorunun yazdığı səsyazmasını dinləyir. Professor səs qeydində arxeoloji qazıntı zamanı tapdığı "Nekronomikon" (ing. Book of The Dead — Ölülərin Kitabı) adlı kitabdan bəhs edir. Kitabdakı sehrli sözlərin oxunması zamanı kabuslar sərbəst buraxılır.
Ölülər XXI əsr (film, 2016)